Azərbaycan mənim vətənimdir

Gözəl vətənimiz Azərbaycan yeraltı və yerüstü təbii ehtiyatlar, təbii sərvətlərlə zəngindir. Təbiət qoynunda keçirilən açıq dərslər, ekskursiyaların şagirdlərin dünyagörüşlərinin daha da zənginləşməsində böyük rolu vardır. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin coğrafiya müəllimi Gülnarə Əzimova 6d və 8c sinif şagirdləri ilə 29.05.2025-ci il tarixdə qayaüstü rəsmlər və palçıq vulkanları ilə tanış olmaqdan ötrü Qobustanda oldular. Azərbaycan palçıq vulkanlarının ən çox yayıldığı ölkələrdən biridir.Torağay vulkanı, kiçik palçıq vulkanları şagirdlərin marağına səbəb oldu. Açıq havada Qobustan qayaları üzərindəki qədim tarixi rəsmlər də maraqlı idi. Şagirdlər öz bilik və bacarıqlarına əsaslanaraq təbiətdəki olan tarixi yerlər və palçıq vulkanları haqqında ətraflı danışdılar. Maraqlı dərs alındı. Şagirdlər böyük təəssüratla geri qayıtdılar. Müəllim və şagirdlər onlar üçün yaradılmış şəraitə, gördükləri maraqlı eksponatlara görə muzey əməkdaşlarına təşəkkür etdilər.