Müstəqillik Gününə həsr olunmuş veloyürüş

27.05.2025-ci il tarixdə H. Z. Tağıyev adına 123 N-li tam orta məktəbdə "Konstitusiya və Suverenlik" ili çərçivəsində 28 May-Müstəqillik Gününə həsr olunmuş veloyürüş təşkil olundu. Veloyürüşün əsas məqsədi şagirdlər arasında ekoloji təmiz nəqliyyat növlərindən istifadənin təbliği, onların aktiv həyata cəlb edilməsi, şagirdlərin idmanın bu növünə olan marağının artırılmasıdır.