"İmtahan həyacanını ölçülməsi"

08.04.2025-ci il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün IX sinif şagirdləri ilə "İmtahan həyacanının ölçülməsi" testini keçirdi. Əsas məqsəd şagirdlərdə imtahan həyacanını, stressin aradan qaldırılması və psixoloji cəhətdən imtahana hazır olmasıdır. Şagirdlərə imtahan öncəsi yaranan stressin səbəbləri, onun idarə olunması və aradan qaldırılması yolları haqqında geniş məlumat verildi. İmtahan zamanı yaranan həyacan və stressin səbəbləri, stressi azaltmaq üçün düzgün nəfəs alma texnikaları, pozitiv düşüncə tərzinin formalaşdırılması məsləhət görüldü. Eyni zamanda imtahan həyəcanın diaqnostikası üçün test keçirildi.