Qaliblərimiz

    Bu gün Azərbaycan təhsilinin əsas məqsədlərindən biri istedadlı şagirdlərin üzə çıxarılması, onların qabiliyyət və yaradıcılıq imkanlarının aşkarlanması, inkişaf etdirilməsidir. Cəmiyyətimiz bir sıra məsələlərin həllini məhz belə şagirdlərdən gözləyir. İstedadlı şagirdlərin vaxtında aşkarlanması, dəstəklənməsi və inkişafının təmin edilməsi əsas hədəflərimizdəndir. H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə də belə istedadlı şagirdlərimiz çoxdur. GOC (Global Olympic Center) təşkilatçılığı ilə keçirilən FİSO (Future İntelligence Studens Olympiods) olimpiadasında riyaziyyat fənni üzrə XI b sinif şagirdi Səfərli Fidan qızıl medal, ingilis dili fənni üzrə 7d sinif şagirdi Tahirova Qumral bürünc medal və BƏƏ-nin Dubay şəhərinə iştirakçı vəsiqəsi qazanmışlar. 9a sinif şagirdi Qədirov Nihat ingilis dili 6-cı kateqoriya üzrə gümüş medal, 7d sinif şagirdi Qubadova Fatimə gümüş medal qazanmışlar. Bundan başqa 8e sinif şagirdi Quliyeva Gülay İİUnternational İnternship University) tərəfindən keçirilən beynəlxalq konfransda və Bakı məktəblilərinin I MUN konfransında sertifikat qazanmışdır. Əziz şagirdlərimiz uğurlarınız davamlı olsun. Biz sizlərlə fəxr edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi