Keçmişini qoru, gələcəyini qur

    29.04.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin fənn müəllimi Kərimli Məlahət, Əzimova Gülnarə, 5c sinfinin şagirdləri və Milli Azərbaycan Tarix Muzeyinin əməkdaşları ilə bərabər "Keçmişini qoru,gələcəyini qur" mövzusunda açıq dərs keçirdilər.

Muzeyin zəngin eksponatlarla təşkil olunmuş tarixi hissəsi bir neçə gün bundan qabaq öz qapılarını ziyarətçilər üçün açıldığını şöbə müdiri Fəridə xanım məlumat verdi. İcma dövründən, orta əsrlərdən Azərbaycanın bu günə qədər keçdiyi böyük bir yolun zəngin məlumatları haqqında muzeyin əməkdaşları Xəyalə və Kübra xanım tərəfindən şagirdlərə ətraflı məlumat verməklə bərabər şagirdlərin bilik və bacarıqlarını üzə çıxarmaq üçün maraqlı suallar verirdilər.

Doğma Qarabağda Füzuli şəhərinin yaxınlığında Azıx mağarası dünyanın ən qədim insan məskənlərindən biridir. 1968-ci ildə Məmmədəli Hüseynovun başçılıq etdiyi Azərbaycanın arxeoloqları tərəfindən aşkar edilən, Milli Tarix muzeyinin xüsusi fondunda saxlanılan ən qiymətli nümunəsi, qədim insanın alt çənə sümüyü şagirdlərin böyük marağına səbəb oldu.

Muzeydə qədim əşyaların,həm də müasir texnoloji görüntülərin birgə nümayişi çox gözəl sinxron məlumatların əldə olunması şagirdlərin dünyagörüşünü daha da artırdı.

Məlahət müəllimə və şagirdlər dərslərdə keçdiklərinə yeni məlumatlar əlavə edilməsi ilə bərabər, canlı olaraq həmin illərdən bu günə qədər qorunub saxlanan muzey eksponatlarının görüntüse dərsin daha da maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan verdi.Belə bir gözəl günə və dərsə, şagirdlərimiz üçün yaradılan şəraitə görə Gülnarə müəllimə muzeyin direktoru akademik Nailə xanıma təşəkkür etdi, muzeyin gələcək işlərində əməkdaşlara uğurlar dilədi. Sonda xatirə şəkilləri çəkildi.

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi