Badminton turniri keçirilib

    TİAHİ Xəzər RK, Bakı Şəhər Gənclər və İdman İdarəsi, Badminton Fedarasiyası və 120 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə Xəzər rayonu məktəbləri arasında Ulu Öndər Heydər Əliyevin 101-ci ildönümünə həsr olunmuş badminton turniri keçirilib. Turnirdə 14 məktəbin komandası yarışıb. Komandalar həm müəllimlərdən, həm də şagirdlərdən təşkil olunmuşdu.

Müəllim komandaları üzrə qaliblər:

I yer - 123 nömrəli tam orta məktəb

II yer - 156 nömrəli tam orta məktəb

III yer - 322 nömrəli tam orta məktəb

Şagird komandaları üzrə qaliblər:

I yer - 123 nömrəli tam orta məktəb

II yer - 156 nömrəli tam orta məktəb

III yer - 92 nömrəli tam orta məktəb

Qaliblərə mükafatları Xəzər Rayonu İcra Başçısı müavini Lalə Əhmədova, 120 nömrəli tam orta məktəbin direktoru Nazilə Məmmədova, BŞGİİ-nin Xəzər rayonu üzrə gənclər və idman sektorunun müdiri Gündüz Vəliyev, Xəzər Rayonu Həmkarlar Təşkilatının sədri Həzərxan Əbilov, Azərbaycan Badminton Federasiyasının rəsmisi Aydan Məmmədhəsənova təqdim ediblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi