İnsan hüquqları

    İnsan hüquqlarının əsas məğzi ondan ibarətdir ki, bütün insanlar eyni hüquqa malik olmalıdırlar və bu hüquqlar izahata ehtiyac duyulmadan hər kəsə aid edilir.

Hər kəsin doğulduğu andan toxunulmaz, ayrılmaz hüquqları və azadlıqları vardır. Bu hüquq və azadlıqlar şəxsin cəmiyyət, digər şəxslər qarşısında məsuliyyətini, vəzifələrini əhatə edir.

03.05.2024-cü il tarixdə məktəbin müəllimi Bahar Rəsulova, UBTR Şəfa Orucova, psixoloq Aygün Əsgərova 6a sinif şagirdləri ilə "İnsan hüquqları" mövzusunda maarifləndirici söhbət təşkil etdilər.

Maarifləndirici söhbət zamanı insan hüquqlarından, bu hüquqların qorunmasından söhbət açıldı, şagirdlərin fikirləri dinlənildi. İnsan hüquqlarına aid videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi