Müəllimlər arasında emosional yorğunluğun dioqnostikası

    İnsan həvəslə hansısa bir işə başlayır, tam fədakarlıqla çalışır, sonra birdən-birə ruhdan düşür. Ətraf onunçün əhəmiyyətsiz olur və passivlik,laqeydlik yaranır. Mütəxəssislər bu prosesi "emosional yanma sindromu" adlandırırlar. Yanma sindromu deyəndə insanda emosional, zehni və fiziki yorğunluq nəzərdə tutulur. Bu məqsədlə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu Əsgərova Aygün müəllimlər arasında profesional-emosional yanma sindromunu müəyyənləşdirmək üçün anket sorğu payladı və diskussiya təşkil olundu. Diskussiyada məktəbin təlim-tərbiyə işlər üzrə direktor müavini Cəlilova Könül,UBTR Orucova Şəfa,kitabxanaçı Süleymanova Nigar və sinif rəhbərləri iştirak etdilər. Psixoloq əvvəlcə iştirakçılarla "Emosional yorğunluq diaqnostikası"testini keçirərək, emosional yorğunluq dərəcəsini müəyyən etdi. Emosional yanma sindromunun yaranma səbəbləri və mərhələləri, müəllimlərdə emosional yanmaya səbəb olan faktorlar və onların aradan qaldırılması yolları barədə məlumat verildi .

XƏBƏR LENTİ
Arxiv
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi