Xocalı sağalmaz yaram

    26 fevral 1992-ci ilin sərt qış gecəsi. O gecə dəhşət yaşadı Xocalı. Elə bir dəhşət ki, hələ yer üzü belə müsibət, belə vəhşilik görməmişdi. Evlərə - eşiklərə od vuruldu, torpaq qana qərq edildi o gecə. Tarixin hələ indiyədək şahidi olmadığı bu müsibət ancaq insanlığını, mərhəmət hissini itirən vəhşi ermənilər törədə bilərdilər.

    Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı Soyqırımı öz ağlasığmaz qəddarlığı və qeyri - insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdi.

    Bununla əlaqədar hər il olduğu kimi 23.02.2024-cü il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbdə Xocalı soyqırımına həsr olunmuş "Xocalı sağalmaz yaram" adlı tədbir təşkil olundu.

    Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Xocalı faciəsində həlak olan həmvətənlərimizin ruhunun bir dəqiqəlik sükutla yad edilməsi ilə başlandı.

    Tədbirdə Xocalı faciəsinə həsr olunmuş film nümayiş etdirildi, şeirlər söylənildi, səhnəciklər göstərildi. Xocalı faciəsinə həsr olunmuş mahnılar ifa olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi