Ver sözə ehya ki

    24.04.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş IX sinif şagirdləri arasında " Ver sözə ehya ki"adlı Breyn-rinq yarışı keçirildi.Yarış Məhəmməd Füzulinin həyat,yaradıcılığından ,dövlət səlahiyyətliləri üçün yazdığı şeirlərindən tərtib olunmuş suallar əsasında keçirildi. Hətta komandalar öz adlarını "Ənisül-qəlb", "Padişahi-mülk", "Söz", "Şəbi-hicran" seçməklə bu yarışa nə qədər böyük həvəslə yanaşaraq, kitabxanadan bədii kitablarda araşdırmalar apararaq öz bilik və bacarıqlarını nümayiş etdirdilər. İntellektual yarışma maraqlı keçdi. Nəticələr elan olundu. Çox kiçik fərqlərlə komandalar layiq olduqları yerlərə görə fəxri fərmanlarla təltif edildilər. Məktəbin direktoru Sevinc müəllimə şagirdlərə gözəl yarışa görə təşəkkür edib,onlara uğurlar dilədi. Yarışın sonunda xatirə şəkilləri çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi