Məhəmməd Füzuli-Meyvələrin söhbəti

       Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır.

Bu gün türkdilli xalqların hər biri Füzulini öz doğma şairi kimi sevir və onun 530 illik yubileyini təntənəli şəkildə qeyd edir. Füzulinin humanizm və ümumbəşəri dəyərlərlə mayalanmış yaradıcılığı bütün bəşəriyyət üçün mənəvi qidadır.

    Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamının icrası ilə əlaqədar aprel ayı ərzində məktəblərdə "Məhəmməd Füzuli ayı" layihəsinə start verildi.

    Bu məqsədlə 25.04.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında ədəbiyyat müəllimi Vəfa Məmmədova, kitabxanaçı Nigar Süleymanovanın təşkilatçılığı, 5d sinif şagirdlərinin iştirakı ilə Məhəmməd Füzulinin "Meyvələrin söhbəti" alleqorik məsnəvisi səhnələşdirildi.

Şagirdlərin ifasında böyük həvəslə təqdim olunan kompozisiya hamı tərəfindən rəğbətlə qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi