Ümumtəhsil məktəbliləri arasında birinci MUN-Model United Nations simulyasiyası

Ümumtəhsil məktəbliləri arasında birinci MUN-Model United Nations (Birləşmiş Millətlər Təşkilatının model versiyası) simulyasiyası keçirildi. Hazırlıqlarının bir aydan çox çəkdiyi bu tədbirdə iştirak üçün cəmi 30 məktəb seçilmişdi, biri də bizim məktəbimiz.

Məktəbimizi ingilis dili müəllimi Vəfa Salehova şagirdlərdən yığdığı komanda ilə təmsil etdi. Hər şagirdə bir ölkə nümayəndəliyi verilmişdi:

8e sinif şagirdi Gülay Quliyeva Fransanı;

8e sinif şagirdi Zəhra Mayılova Sierra Leone;

8e sinif şagirdi Məhəmməd İskəndərli ABŞ;

9a sinif şagirdi Nihat Qədirov Latviya;

10b sinif şagirdi Reyhanə Haxverdiyeva Butanı təmsil edirdi.

Şagirdlərlə simulyasiyadan öncə müxtəlif online təlimlər kecirilib, teambuilding üçün də 252 nömrəli məktəbdə görüş keçirilmişdi. Təlimlərdə mövqe sənədinin hazırlanması öyrədilmişdir hansı ki şagirdlər simulyasiyadan öncə mövqe sənədi hazırlayaraq göndərmişdilər. MUN simulyasiyasının özü də eyni məktəbdə keçirilmişdi. 150 şagird və 30 müəllimdən ibaret bu böyük tədbir 5 komitədə keçirildi. Bizim komandamız Ətraf Mühit üzrə ixtisaslaşdırılmış komitənin deleqatları idilər. Öz ölkələrinin mənafeyini müdafiə edərək qlobal əməkdaşlıq çərçivəsində yenilənə bilən enerji mənbələri və ağıllı şəhərlərin inşası haqqında 6 saat ərzində bir neçə moderatorlu və moderatorsuz sessiyada müxtəlif çıxışlar və debatlar apardılar. Final günündə isə artıq səbəb və təkliflərdən ibarət təklif sənədi hazırladılar. Bizim məktəbin nümayəndələri fəallığı və çıxışları ilə fərqlənirdi. Sonda isə sertifikatla təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi