İnsan alverinin qurbanı olma

    22.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi Bahar Rəsulova, UBTR Şəfa Orucova, psixoloq Aygün Əsgərova 9c sinif şagirdləri ilə "İnsan alverinin qurbanı olma" mövzusunda tədbir təşkil etdilər.

    Tədbirin əhəmiyyətindən söz açan Bahar Rəsulova qeyd etdi ki, insan alveri müasir dövrün ən aktual problemlərindən biridir. İnsan alveri bir çox dünya ölkələrində baş verən qlobal hadisədir.

Məktəbin psixoloqu Aygün Əsgərova çıxış edərək dünyada ciddi problemə çevrilən insan alverinə qarşı mübarizə məqsədilə maarifləndirmə işlərinin aparılmasının vacibliyindən danışdı.

UBTR Şəfa Orucova şagirdləri ayıq-sayıq olmağa,istismara məruz qalmamağa,bu təhlükədən uzaq durmağa çağırdı.

Tədbirin sonunda insan alverinə qarşı mübarizə məqsədilə hazırlanmış videoçarx nümayiş olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi