Mənim dilim-mənim varlığım

    Hər bir insanın təkamülündə ana dilinin rolu böyükdür. Ana dili milli təhsil, milli birlik deməkdir. Milli dili olmayan, milli dilini qoruyub saxlamayan bir xalq məhvə məhkumdur. Ana dilimizi sevmək, Vətəni, xalqı, milləti sevməkdir.

    Mənim ana dilim! Bu o dildir ki,analarımız bizə beşik başında həyatın ən həzin simfoniyası olan laylanı bu dildə demişdir. Bu o dildir ki, Füzuli eşqi, Nəsimi dözümü, Vurğun şirinliyi, Üzeyir dünyası bu dildə ifadə olunmuş, zaman-zaman qanımıza, canımıza hopmuşdur.

İnsan həyatında dil qədər lazımlı, dil qədər ecazkar bir şey yoxdur. Çünki məhz dilin köməyi ilə biliklərə yiyələnir, onun vasitəsi ilə öz sevincimizi, arzularımızı, sevgimizi, məhəbbətimizi, qəzəb və nifrətimizi bildiririk.

    Ana dili bizim həyatımız,inamımız və qeyrətimizdir, dünənimizdən sabahımıza salınan mənəvi körpüdür. Bizim müqəddəs borcumuz onu qorumaq və inkişaf etdirməkdir.

21 Fevral Beynəlxalq Ana Dili Günüdür.Bu münasibətlə 21.02.2024-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Nurəddinova Sevda ibtidai sinif şagirdləri ilə "Mənim dilim -mənim varlığım" adlı tədbir təşkil etdilər. Tədbirdə şagirdlər bir-birindən gözəl mahnılar ifa edib,şeirlər söylədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi