Qılman İlkinin "İstintaq" hekayəsinin müzakirəsi

    Bəzən insan həyatda kiminsə təşkil etdiyi təhqirli oyunun, yalanın qurbanı olur.

Cinayətin üstü yalnız bu qurbanın izinə düşən, hüquqi sirlərdən, qanunvericilikdən xəbəri olan ədalətli müstəntiqlər tərəfindən açılır.

Baş vermiş cinayət hadisəsinin bütün təfərrüatını aydınlaşdırmaq müstəntiqin borcudur. Düzgün iddialar, fakt və səbəblərin araşdırılması, doğru - düzgün qərarların verilməsinə səbəbdir.

Xalq yazıçısı Qılman İlkinin "İstintaq" hekayəsində də yüksək peşəkarlığı ilə diqqəti cəlb edən müstəntiq Şükürov qəbul etdiyi qərarların dürüstlüyünə olan inam və etibarı ilə cinayət işlərini məharətlə aça bilir, əsl günahkarı dəqiq müəyyənlənləşdirərək, haqq-ədalətin bərqərar olmasını təmin edir.

    Saf, sadəlövh, sevgisinə fədakar bir qızı-Südabə Cəfərovanı cinayətə sürükləyən ətrafın özü cinayətkardır. Bu cinayətin üstü yalnız Şükürov kimi müstəntiqin qətiyyəti, dözümü, tədbirli işi sayəsində aşkar edilə bilərdi. Müstəntiq Şükürov hər şeydən əvvəl insanın qəlbini və düşüncəsini oxumağı bacaran psixoloqdur, hər kəsə fərdi yanaşmağı bacarandır və dərk edir ki, onun üzərinə böyük məsuliyyət düşmüşdür.

    21.02.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanasında dil və ədəbiyyat müəllimi Vəfa Məmmədova, kitabxanaçı Nigar Süleymanova 8a sinif şagirdləri ilə yazıçı Qılman İlkinin "İstintaq" hekayəsini müzakirə etdilər.

Şagirdlər əsərin qısa məzmununu danışdılar.

    Əsərin mövzusu və ideyası, baş qaldırılan problem, Şükürovun apardığı istintaq zamanı cinayətin naməlum tərəflərinin aşkar edilməsi şərh edildi, idarə rəisi, Südabə və Firudun obrazlarının xarakterik xüsusiyyətlərinə münasibət bildirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi