Pedaqoji Şurada müzakirə olunan məsələlər

    31.01.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə I yarımilin yekunu ilə əlaqədar Pedaqoji Şuranın növbəti iclası keçirildi.

Pedaqoji Şurada qiymətləndirmələr, şagirdlərin dərsə davamiyyəti, sosial psixoloji mühit, təhlükəsizliyin təmin olunması məsələləri müzakirə edildi.

    Pedaqoji Şurada digər məsələlərlə yanaşı valideyn məsuliyyətinin artırılması,psixoloqun hesabatlarının dinlənilməsi, müəllimlərin etik davranış qaydalarına, növbətçilik cədvəlinə riayət etməsi məsələləri dinlənildi.

    Təhsilalanlar arasında risk qrupuna aid olan şagirdlərin müəyyənləşdirilməsi, maarifləndirmə işinin gücləndirilməsi, sinif rəhbərlərinin vəzifə öhdəliklərinə nəzarətin artırılması, fövqəladə hallarla bağlı təhlükəsizlik qaydalarına dair tədbirlərin keçirilməsi məsələləri qərara salındı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi