"TRANSPORTİRLƏ BUCAQLARIN QURULMASI"

    29.12.2023-cü il tarixdə məktəbin Fəaliyyət Planına uyğun olaraq "Riyaziyyat aylığı" çərçivəsində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Məmmədzadə Lalə rəhbərlik etdiyi 4A sinfində "Transportirlə bucaqların qurulması" adlı nümunəvi dərs təşkil etdi. Şagirdlər verilmiş tapşırıqları kollektiv və fərdi şəkildə yerinə yetirərək fəallıq göstərdilər. Bu dərsdə şagirdlər bucaq, bucağın növləri, dərəcələri, bucağın transportirlə ölçülməsi və qurulması haqqında biliklərə yiyələndilər. Nümunəvi dərs rəhbərlik tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi