Riyaziyyat aləminə səyahət

    27.12.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin riyaziyyat müəllimi Elmira Ələsgərovanın təşkilatçılığı, 5c, 6b, 7c, 8d, 8b sinif şagirdlərinin iştirakı ilə "Riyaziyyat aləminə səyahət" adlı bilik sərgisi təşkil olundu. Bu sərginin keçirilməsində əsas məqsəd riyaziyyatı əyləncəli və daha maraqlı yollarla şagirdlərə həm sevdirmək, həm də qısa zaman ərzində tədris etməkdir. Sərgidə şagirdlərin ideyaları əsasında hazırlanmış layihələr nümayiş olundu, hansı ki, onların da hər birinin həll olunmasında riyazi bilik və məntiq tələb olunur. Məntiq oyunları, tanqramlar, riyazi düşüncə və teoremlərin isbatını göstərən layihələr məktəb rəhbərliyi və şagirdlər tərəfindən böyük maraqla qarşılandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi