Məchulun tapılması

    26.12.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Nurəddinova Sevda rəhbərlik etdiyi 3c sinfində Fəaliyyət Planına uyğun olaraq "Riyaziyyat aylığı" çərçivəsində "Məchulun tapılması" mövzusunda nümunəvi dərs keçirdi.

Nümunəvi dərsdə məktəb rəhbərliyi ilə yanaşı Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümum Təhsil üzrə Dövlət Agentliyinin əməkdaşı Xəyalə Məmmədova iştirak etdi.

Dərs zamanı şagirdlərin fəallığı, hazırcavablığı müşahidə edildi. Müəllim dərsin vaxtından səmərəli istifadə etdi. Şagirdlərin əməkdaşlığı sıx idi, heç bir şagird diqqətdən kənarda qalmadı. Dərs zamanı qiymətləndirmə həm şagirdlər, həm də müəllim tərəfindən aparıldı.

Nümunəvi dərs məktəb rəhbərliyi, Elm və Təhsil Nazirliyinin əməkdaşı tərəfindən yüksək qiymətləndirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi