NARKOMANİYA-ƏSRİN BƏLASI

    Müasir dövrümüzün ağrılı və acılı bəlalarından biri də narkomaniyadır. El arasında "ağ ölüm" kimi tanınan bu bəşəri bəlaya düçar olanların sayı isə ildən-ilə artmaqdadır. Təəssüflər olsun ki, bu bəla ölkəmizdən də yan keçməmişdir.

Ölkəmiz öz müstəqilliyinə qovuşduqdan sonra bütün sahələrdə olduğu kimi narkomanlıq və narkotik vasitəlarinin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində də məqsədyönlü, ardıcıl və təxirə salınmaz addımlar atmışdır.

    Bu gün ölkəmizdə zəruri olan normativ-hüquqi baza, müvafiq təşkilati strukturlar yaradılmış, milli proqramlar hazırlanaraq həyata keçirilmişdir. Narkomaniya və narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə dövlətimizin qarşısında duran ən vacib məsələlərindən birinə çevrilmişdir.

    Bu məqsədlə 04.12.2023-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllimi B.Rəsulova,UBTR-i Ş.Orucova,psixoloq A.Əsgərova "Narkomaniya-əsrin bəlası" adlı tədbir təşkil etdilər.Şagirdlərlə maarifləndirici söhbətlər aparıldı, videoçarxlar izlənildi, verilən suallar ətraflı cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi