Suyun həyatımızda rolu

    Suyun insan həyatında rolu böyükdür. Tənəffüs etdiyimiz havadan sonra ən önəmli tələbat suya olan tələbatdır. Su canlıların yaşaması üçün zəruri olan və buna görə də həyati əhəmiyyət kəsb edən yer üzündəki ən möcüzəvi maddədir. Bu münasibətlə 21.05.2024-cü il tarixində H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi Sevinc Əliyeva 7B sinif şagirdləri ilə "Suyun həyatımızda rolu" mövzusunda maarifləndirici dərs keçdi. Dərs zamanı müəllim suyun insan həyatındakı rolu,su ehtiyatlarının azalmasının gətirdiyi fəsadlar və suya qənaətin vacibliyini diqqətə çatdırdı, şagirdlərə evdə və məktəbdə su ehtiyatlarından səmərəli istifadə edilməsi, artıq su israfına yol verilməməsini tövsiyə etdi. Şagirdlər bu mövzuya aid rəsm və videoçarx nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi