English Outside School etwinning layihəsi uğurla tamamlandı

    Məktəbimizdə bu il iki etwinning layihəsi var idi. Bunlardan biri ingilis dili müəllimi Vəfa Salehovanın ortaq quruculuğu ilə yaradılmış "English Outside School" layihəsidir. Bu layihəyə 9a sinfinin üç şagirdi də qoşulmuşdur: Ləman Quliyeva, Həqiqət Rüstəmli və Nihat Qədirov.Bu layihənin digər ortaq qurucusu isə Türkiyədən ingilis dili müəllimi Özlem Zengindir. Bu iki ölkədən əlavə Rumıniya və Latviya numayəndələri də layihə iştirakçılarıdır. Bu layihə çərçivəsində şagirdlərimiz dərsdə öyrəndiklərindən savayı ingilis dilini məktəbdən çöldə necə və harada qarşılaşıb istifadə edə bilərlər əyləncəli şəkildə öyrəndilər. Layihədən dostlaşdıqları xarici məktəb şagirdləri ilə layihə bitsə də münasibətlərini davam etdirməyi düşünürlər. Layihənin tələblərindən biri də hər fəaliyyətdə Web2 alətlərindən fəal istifadə idi. Dekabrdan başlanmış bu layihəni artıq may ayında yekunlaşdırdıq. Layihə ortaq rəhbəri olaraq şagirdlərimizin sertifikatlarını canlı təqdim edib və digər ölkə şagird və müəllim üzvlərinə də sertifikatlarını online göndərdik. Növbəti addım olaraq Avropa nişanı müraciəti üçün hazırlaşırıq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi