28 May-Müstəqillik Gününə həsr olunmuş turnir

    21.05.2024-cü il tarixdə Bakı Şəhər Gənclər və İdman İdarəsinin Xəzər rayonu üzrə Gənclər və İdman sektoru, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsinin birgə təşkilatçılığı, 216 saylı tam orta məktəbin dəstəyi ilə “28 May- Müstəqillik Günü”nə həsr olunmuş Xəzər rayon orta ümumtəhsil məktəblərinin işçiləri arasında mini komanda şahmat turniri təşkil edildi.

Turnirdə 20 komanda mübarizə apardı və sonda qalib komandalar aşağıdakı kimi oldu:

1-ci yer: 26 nömrəli tam orta məktəb;

2-ci yer: 218 nömrəli tam orta məktəb;

3-cü yer: 123 nömrəli tam orta məktəb tutdu.

Mükafatçılara Bakı şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları, həmçinin Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Xəzər rayon komitəsi tərəfindən hədiyyələr təqdim olundu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi