İqlim dəyişmələri

    Dünyanı narahat edən qlobal problemlərdən biridə İqlim dəyişmələridir. İqlim dəyişiklikləri və onların canlı aləmə təsiri dünya birliyini getdikcə daha çox narahat etməkdədir. Azərbaycan da qlobal iqlim dəyişmələrinin təsirindən kənarda qalmamışdır. İqlim dəyişikliyinə ən çox zəif olan sahələr kənd təsərrüfatı sektoru, su sektoru və sahilyanı zonalardır. İqlim dəyişiklikləri ilə bağlı maarifləndirici tədbirlər daima aparılmalıdır. Bu məqsədlə 22.05.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin biologiya müəllimi Bahar Rəsulova 6a sinif şagirdləri ilə "İqlim dəyişmələri" adlı maarifləndirici dərs keçirdi. Dərs zamanı qlobal iqlim dəyişikliklərinin yaratdığı fəsadlardan geniş söhbət açıldı, videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi