Oxu vərdişlərinin formalaşması

    Kitab ruhun və zehnin qidasıdır. Davamlı mütaliə etmək insanın söz ehtiyatını çoxaldır, dünyagörüşünü artırır, stres və depresiyadan mühafizə edir.

Deyirlər ki,kamil insan bildiyi qədər danışar,anladığı qədər susar. Bilginin qaynağı isə kitablardır. Nitqin inkişafında, düzgün danışıq qabiliyyətinin formalaşmasında mütaliənin rolu əvəzsizdir. Kamil nitq isə uğurun ilk pilləsidir.

Mütaliə insanın xəyal dünyasını da zənginləşdirir, təsvir bacarığını gücləndirir. Hər hansı bir tarixi dövrü və ya psixoloji vəziyyəti tərənnüm edən əsəri mütaliə edərkən oxucu, obraz və personajları düşüncə tərzinə görə yaradıb, rənglərə boyayır, bəzən isə hadisələrin gedişatına tamamən özü istiqamət verir. Bu isə insanın hadisələrin mahiyyətinə nüfuzetmə qabiliyyətini artırır.

Bu münasibətlə 29.11.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin kitabxanaçısı N.Süleymanova 5c sinif şagirdləri ilə "Oxu vərdişlərinin formalaşması" mövzusunda dəyirmi masa təşkil etdi. Şagirdlər bu mövzu barədə öz fikirlərini söylədilər. Kitablar məlumat bazamızı zənginləşdirəcək, həm də əhvalımızı yüksəldəcək deyə bildirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi