Məişət zorakılığının qarşısının alınması

    Dünyada geniş yayılmış problemlərdən biri - məişət zorakılığı demək olar əksər ailələrdə müəyyən formalarda özünü büruzə verir. Məişət zorakılığı kimi qəbul edilən ailədaxili şiddət bu günün deyil, əsrlərin problemidir. Hazırda dünyada bu problemin aradan qaldırılması istiqamətində müəyyən tədbirlər görülür. Bununla belə, məişət zorakılığı probleminin həll edildiyini söyləmək çətindir. Mütəxəssislərin fikrincə, zorakılığın əsasında psixoloji şiddət dayanır.

Gender əsaslı zorakılığın əsas növü kim, məişət zorakılığı təəssüf ki, Azərbaycanda da geniş yayılıb. Təəssüf doğuran əsas məqamlardan biri isə ölkədə qadınların məişət zorakılığına məruz qalan əsas qrup olmasıdır.

Məişət zorakılığı çox zaman qadına qarşı törədilən zorakılıq olduğuna görə buna gender əsaslı şiddət də deyilir. İnkar etmək olmaz ki, bəzi hallarda qadınlar da şiddət törədirlər. Lakin bu, əksər hallarda ya özünü, ya da uşaqlarını şiddətdən müdafiə etmək üçün edilir. Bəs görəsən məişət zorakılığının qarşısını almaq mümkündürmü və bunun üçün nələr etmək lazım gəlir?

Bu münasibətlə 27.11.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin psixoloqu A.Əsgərova,UBTR-i Ş.Orucova VII və X sinif şagirdləri ilə bu mövzuda maarifləndirici söhbət apardılar. Sonda videoçarx izlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi