Peşəmizi gəncliyimizdən seçirik

    19.09.2024-cü il tarixdə Xəzər rayonu H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin 2023-2024-cü tədris ili üzrə Peşə Təmayüllü siniflərində "Dərzi köməkçisi" və "Aqronom köməkçisi" ixtisası üzrə təhsil alan, həm nəzəri, həm də praktik imtahanlardan uğurla keçən şagirdlərinə müvafiq peşə ixtisasları üzrə dövlət nümunəli sertifikatlar təqdim edilib. Məktəb rəhbərliyi və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə şagirdlər nail olduqları ilk müvəffəqiyyət münasibətilə təbrik olunub və cari tədris ilində onlara uğurlar arzulanıb. Peşə təmayüllü siniflərin 2024-2025-ci tədris ili üzrə açılan yeni "Qənnadçı" və "İKT-kompüter operatoru" ixtisaslarını tədris edəcək müəllimlər şagirdlərə təqdim olunub. Ümumi orta təhsil bazasında təhsilalanların peşə təhsilinə hazırlanması, onların peşə ixtisaslarına aid səriştələrin inkişaf etdirilməsi, peşəlır üzrə ilkin bilik və bacarıqlara yiyələnməsi yolu ilə əmək bazarına hazırlanmasının önəmi qeyd edilib Sonda xatirə şəkilləri çəkilib.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi