Misilsiz cəsarət

    26.09.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə 27 Sentyabr "Anım Günü"nə həsr olunmuş "Misilsiz cəsarət" adlı rəsm sərgisi təşkil olundu. Sərgidə müxtəlif üslub və janrlarda Vətən müharibəsi qəhrəmanlarının xatirəsini əbədiləşdirdiyi rəsmlər yer aldı. Şagirdlərə vətənpərvərlik hissinin aşılanması və vətənə məhəbbət ruhunda tərbiyə edilməsi baxımından belə rəsmlərin rolu böyükdür. Sərginin təşkil olunmasında əsas məqsəd yetişməkdə olan gənc nəslin xəyalındakı qəhrəman obrazını üzə çıxarmaq, bənzəmək istədikləri "İdeal" larına onların gözü ilə baxmaq, onları milli vətənpərvərlik ruhunda tərbiyə etməkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi