Zəfərə gedən yol

Azərbaycan xalqı əsrlər boyu keşməkeşli tarix yaşamışdır. Bu xalq həmişə güclü,döyüşkən,əzmkar olmuşdur. Düşmən qarşısında əyilməmiş,başını dik tutmuşdur. 44 günlük Vətən müharibəsi bunu bir daha sübut etdi. Şanlı qələbəmiz xalqımızın güclü,əzmkar olduğunu bütün dünyaya nümayiş etdirdi. Bu qələbə tarixdə əbədi qalacaq.Biz gücümüzü dünyaya göstərdik, işğal olunmuş torpaqlarımızı azad etdik.

Bu gün müstəqil Azərbaycan dövləti özünün ən şanlı dövrünü yaşayır. Bizim bayrağımız illərlə düşmən vandalizminin qurbanına çevrilmiş, indi isə qəhrəman Azərbaycan oğullarının öz canları bahasına azad etdiyi torpaqların səmalarında dalğalanır.

26.09.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Şikarı Qarayev 5b sinif şagirdləri ilə 44 günlük Zəfər tariximizə həsr olunmuş "Zəfərə gedən yol" başlığı altında dəyirmi masa təşkil etdi. Dəyirmi masada şanlı tariximizə həsr olunmuş videoçarx izlənildi, Vətən uğrunda canından keçmiş qəhrəmanlarımız haqqında söhbət açıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi