Sizi unutmarıq, unutdurmarıq

Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq,  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 2-dekabr tarixli sərəncamı ilə hər il sentyabrın 27-si Azərbaycan Respublikasında Anım Günü kimi qeyd edilməsi qərara alınmışdır.

Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur.

Bu ənənəyə sadiq qalaraq hər il olduğu kimi 25.09.2024-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin tarix müəllimi Səmayə Rzayeva 8a sinif şagirdləri ilə birlikdə Anım Gününə həsr olunmuş dəyirmi masa təşkil etdi. Dəyirmi masada 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş igidlərimizdən geniş söhbət açıldı. İşğal altında olan torpaqlarımızın qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin canı və qanı bahasına azad olunduğu vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi