Əsrin Qələbəsi

    İnsan üçün həyatda ən gözəl və ən doğma şəxs onu dünyaya gətirən anadır. Ana müqəddəsdir və məhz müqəddəsliyinə görə Vətəni də anamız kimi sevir, ona «Ana Vətən!» deyirik. Vətən bizim varlığımız, fəxrimiz, qürurumuzdur. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən, xalqın rifahı və xoşbəxtliyi naminə şəhid olan qəhrəmanlar heç vaxt unudulmur, öz ölümləri ilə ölümsüzlüyə qovuşurlar.

Azərbaycan qəhrəmanlar yurdu, igidlər məskənidir. Neçə-neçə ərənlər yetişdirib bu müqəddəs torpaq, bu ulu diyar! Bu torpaq Babəklərin, Cavanşirlərin, Koroğluların vətənidir. Belə qəhrəmanlar həmişə yaşamışdır və daim yaşayacaqdır.

Yetişməkdə olan gənc nəslin vətənpərvər ruhda böyüməsi və formalaşması üçün 06.11.2023-cü il tarixdə H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə Şanlı Qələbəmizin növbəti ildönümünə həsr olunmuş "Əsrin Qələbə"si adlı tədbir təşkil olundu.

Tədbirdə məktəb rəhbərliyi ilə yanaşı Xəzər rayon Gənclər İdarəsinin rəisi,Səfərbərlik Çağırışaxidmət Xəzər rayon şöbəsinin zabiti,Xəzər rayon Veteranlar Şurasının sədri və müavini,"Davam" Gənclər Hərəkatının nümayəndələri,Qazilər və Şəhid valideynləri iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi