Şəhidlər Xiyabanı-Müqəddəs Ziyarətgahımız

    04.11.2023-cü il tarixdə H. Z. Tağıyev adına 123 saylı tam orta məktəbin 5d, 8e sinif şagirdləri, sinif rəhbəri X.Mustafayeva, UBTR Ş. Orucova II Fəxri Xiyaban və Şəhidlər Xiyabanına şəhidlərimizi ziyarət etməyə yollandılar.

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli insanlar yüksələ bilərlər bu uca zirvəyə.Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar.

Vətənin azadlığı, bütövlüyü uğrunda canından keçən qəhrəman oğullarımız arasında məktəbimizin məzunu olmuş şəhid Ceyhun Nəhmətov da vardır. Qürur mənbəyimiz, adını tarixə yazmış qəhrəmanımızın keçdiyi döyüş yolundan şagirdlərə məlumat verildi, ruhuna dua oxundu, əziz xatirəsi yad edildi.

Gənc nəslin vətənpərvər, cəsur, mərd yetişməsində qəhrəman şəhidlərimiz bir örnəkdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi