Şəhidlərimizin xatirəsinə

    Dünyada hər şey gözəldir, lakin ən müqəddəs duyğu vətəni özününkü olduğu üçün sevmək,qoynunda boya-başa çatdığın torpağın müqəddəsliyini hiss edib yolunda canından keçməyə hazır olmaqdır.

44 gün ərzində igid oğullarımızın, qəhrəman hərbçilərimizin rəşadəti sayəsində, şəhidlərimizin qanı hesabına tariximizə zəfər sevinci yazıldı. Bu gün azad olunan torpaqlarımızda qürurla üçrəngli bayrağımız dalğalanır. Vətənimizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimiz hər birimizin fəxarət ünvanıdır.

Respublikamızın ərazi bütövlüyünün bərpası və tarixi torpaqlarımızın işğaldan azad edilməsi naminə canını fəda edən oğullarımızı anmaq, onları yad etmək hər birimizin mənəvi borcudur.

Torpaqlarımızın hər bir qarışının işğaldan azad edilməsi üçün canından, qanından keçən şəhidlərimizlə, qazilərimizlə, Azərbaycan Ordusunun əsgər və zabitləri ilə fəxr edir, qürur duyuruq!

6 şəhid məzunu ilə hər zaman qürur duyan H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbin müəllim və şagird kollektivi 27.10.2023-cü il tarixdə şəhid məzunlarımız-Əliabbas Əliyev,Şahin İsgəndərov,Rəfail Cəfərov,Kamran Şirəliyev,Qasım Abdullazadə,Ceyhun Nəhmətovun əziz xatirəsini yad edərək məktəbin həyətində ucaldılmış abidə kompleksin ətrafında hər bir şəhidin adına ağac əkdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi