NARKOMANİYA BƏŞƏRİYYƏTİN BƏLASIDIR

    Hazırda bəşəriyyəti narahat edən məsələlərdən biri də narkomaniyadır. Narkomaniyaya meyl əsasən gənclik dövründə başlanır. Buna görə də məktəb dövründən profilaktik tədbirlərə başlanmalıdır. Hər il məktəbin fəaliyyət planına uyğun olaraq yetkinlik yaşına çatmayanların tərbiyəsinə düzgün istiqamət vermək, onların zərərli vərdişlərindən qorunmasını təmin etmək məqsədi ilə müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır.

    26.10.2023-cü il tarixində H. Z.Tağıyev adına 123 saylı tam orta məktəbin UBTR-İ Ş. Orucova, psixoloqu A. Əsgərova 9-cu sinif şagirdləri ilə maarifləndirici tədbir təşkil etdi. Tədbirdə bildirildi ki narkomaniya ilə mübarizə və onun profilaktikası vacib məsələlərdən olmaqla yanaşı bu gün gənclərin formalaşması,onlarin saglam böyüməsində ən mühüm amillərdən biridir.

Şagirdləri ətraflı maarifləndirdikdən sonra onları maraqlandıran suallar cavablandırıldı.Sonda "Narkomaniya bəşəriyyətin bəlası"dır adlı videoçarx nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi