Xalqın messenant və maarifpərvər oğlu H.Z.Tağıyev

    H.Z.Tağıyev adına 123 saylı tam orta məktəbdə H.Z.Tağıyevin anadan olmasının 200 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçirilir. Adını daşıdığı və özünün inşa etdiyi 123 saylı tam orta məktəbin müəllim və şagird kollektivi H.Z.Tağıyevi həmişə böyük ehtiramla anırlar. Məktəbin ingilis dili fənn müəlliməsi Quliyeva Səfa daha maraqlı bir addım atdı. O, rəhbəri olduğu 6 d sinif şagirdləri ilə 05.12.2022-ci il tarixində Hacının Mərdəkandakı bağ evini və Pir Həsən ziyarətgahında olan məzarını, büstünü ziyarət etdi. Ziyarət zamanı Hacının gördüyü xeyriyyə işləri, az təminatlı ailələrin övladları üçün tikdirdiyi bağbanlıq məktəbi, qız övladlarının maariflənməsi və inkişafı üçün inşa etdiyi məktəblər, teatr, ümumilikdə insanların öz zəhməti ilə işləyib çörək pulu qazanmağı üçün tikdirdiyi dəyirman, tərsanələri və s. haqqında öyrəndiklərini şagirdlər ingilis dilində söylədilər. Azərbaycanlı balaların dilində ingilis dilində səslənən bu məlumatlar videoçarxlara yığılaraq sosial şəbəkələrdə nümayiş etdirildi. Bu isə şagirdlərin xarici dili daha çox mənimsəməsi ilə birlikdə, həm də Azərbaycanın görkəmli şəxsiyyətlərinin gördükləri işləri dünyaya bəyan etməklə bərabər Azərbaycanımızı, onun inkişafını təhsilimizi, milli dəyərlərimizi dünyaya tanıtmaq üçün ən yaxşı vasitədir. Səfa müəllimənin və onun şagirdlərinin bu işi təqdirəlayiqdir. İnanırıq ki, Səfa müəllimə tərəfindən bu iş dayandırılmayacaq, davam etdirilərək daha maraqlı işlərlə bizləri sevindirəcək.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi