Sudan qənaətlə, səmərəli istifadə

Azərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Əsas su mənbələri olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkədə əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir. Bu qlobal mövzu ilə əlaqədar 24.11.2021-ci il tarixində məktəbimizdə açıq dərs təşkil olunmuşdur. Dərs coğrafiya müəllimi Fatma Əsgərova tərəfindən 5-ci sinifdə 10 nəfər şagirdin iştirakı ilə təşkil olunmuşdur. Fatma müəllim uşaqlara dünyada və Azərbaycanda su ilə bağlı təlabat və onun qarşısını alınması haqqında slayd göstərmiş və bu mövzu ətrafında danışmışdır. Dünyada iqlim dəyişimi prosesi gedir. Temperatur artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatı azalır. Bu isə çay axınının ciddi surətdə azalmasına səbəb olur. İlk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar. Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür. Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır. Bu mövzu ətrafında Fatma müəllim uşaqları ətraflı məlumatlandırdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi