Kiçik Akademiya

Atmosferin fiziki hadisələrinin araşdırması25.01.2022-ci il tarixində məktəbin coğrafiya müəllimi Əsgərova Fatma tərəfindən VI sinif şagirdləri ilə keçirilmiş interaktiv dərs zamanı şagirdlər atmosferin fiziki hadisələrinin araşdırmasını aparıblar. Araşdırmada külək, bulud, yağıntı geniş yer alıb. Bu mövzular şagirdlər tərəfindən araşdırılaraq müxtəlif formalarda təqdimatlar hazırlanıb. Təqdimatlar yazılı, şifahi və texnologiya bacarıqlarından istifadə edərək slayd formada təqdim olunub.

Ətraflı

Uşaqlarda mütaliəyə marağın artırılması29.11.20121-ci il tarixində məktəbimizin kitabxanaçısı Təranə Əliyeva tərəfindən şagirdlərdə mütaliəyə maraq yaratmaq məqsədi ilə dəyirmi masa keçirilmişdir.

Ətraflı

“Məişət zorakılığı ən böyük sosial problemdir”25.11.2021-ci il tarixində 122 nömrəli məktəbin psixoloqu Rzayeva Xəyalə 8-ci sinifdən olan 6 nəfər şagirdlərinin iştirakı ilə “Məişət zorakılığı ən böyük sosial problemdir” adlı maarifləndirici söhbət apardı. Azərbaycanda məişət zorakılığı ilə mübarizənin çətinliklərindən biri də belə halların cəmiyyət tərəfindən sosial problem kimi qəbul edilməməsi və adi hal kimi qarşılanmasıdır. Ölkəmizdə ailə mühitinin qorunub saxlanılması, məişət zorakılığı hallarının qarşısının alınması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqularının müdafəsi sahəsində davamlı islahatlar aparılır. Məişət zorakılığının qarşısının alınması istiqamətində görülən işlərin səmərəliliyini artırmaq üçün biz də qabaqlayıcı tədbirlər aparırırq. Belə ki, şagirdlərimizlə məişət zorakılığının qarşısının alınması yollarına həsr olunmuş tədbirlər təşkil edirik.

Ətraflı

Sudan qənaətlə, səmərəli istifadəAzərbaycanın su ehtiyatları Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə məhduddur və bütöv regiondakı su ehtiyatının yalnız 15 faizini əhatə edir. Qafqazda cəmi 310 milyard kubmetr su ehtiyatı var ki, bunun da Azərbaycan üzrə adambaşına düşən su payı qonşu respublikalarla müqayisədə ən aşağı səviyyədədir. Bu, ilk növbədə Azərbaycandakı su mənbələrinin fərqli yerləşmə məkanı ilə əlaqədardır. Azərbaycanın qiymətləndirilən su ehtiyatı 30,9 milyard kubmetrdir. Bunun 33 faizi yerli daxili sulardır, 66 faizi transsərhəd çayların hesabına formalaşan sulardır. Əsas su mənbələri olan Araz və Kür çaylarının qonşu dövlətlər tərəfindən çirkləndirilməsi də vəziyyəti ağırlaşdırır. Son illərdə yağıntıların azalması, orta illik temperaturun yüksəlməsi su ehtiyatlarının azalmasına, quraqlığa səbəb olur və bütün bunlar ölkədə əhalinin içməli su təchizatına, eyni zamanda aqrar sektorun suvarma suyu ilə təminatına təsir göstərir. Bu qlobal mövzu ilə əlaqədar 24.11.2021-ci il tarixində məktəbimizdə açıq dərs təşkil olunmuşdur. Dərs coğrafiya müəllimi Fatma Əsgərova tərəfindən 5-ci sinifdə 10 nəfər şagirdin iştirakı ilə təşkil olunmuşdur. Fatma müəllim uşaqlara dünyada və Azərbaycanda su ilə bağlı təlabat və onun qarşısını alınması haqqında slayd göstərmiş və bu mövzu ətrafında danışmışdır. Dünyada iqlim dəyişimi prosesi gedir. Temperatur artır, buxarlanma çoxalır, dağlıq ərazilərdə yağan qar ehtiyatı azalır. Bu isə çay axınının ciddi surətdə azalmasına səbəb olur. İlk baxışda dünyada suyun çox olduğu anlamına gəlmək olar. Çünki Yer kürəsinin 70 %-i su ilə əhatə olunub. Lakin bunun yalnız 2,5 %-i içməli sudur. Bilmək lazımdır ki, çayların payına ümumi su ehtiyatlarının cəmi 0,01 %-i düşür. Digər tərəfdən əhalinin sürətli artımı da su ehtiyatlarına təzyiqi artırır. Son 100 ildə sudan istifadə edənlərin sayı 7 dəfə artıb. Gələcəkdə ciddi su qıtlığı problemi ilə üzləşməmək üçün hamılıqla sudan qənaətlə, səmərəli istifadə olunmalı, su itkilərinə yol verilməməli, içməli sudan texniki məqsədlər üçün istifadə məhdudlaşdırılmalıdır. Bu mövzu ətrafında Fatma müəllim uşaqları ətraflı məlumatlandırdı.

Ətraflı

Xalçaçılıq sənəti25.11.2021-ci il tarixdə 122 nömrəli ümumi orta məktəbdə “Xalçaçılıq sənətinin uşaqlara öyrədilməsi” mövzusunda məktəbin texnologiya və təsviri incəsənət müəllimi Əkpərova Xuraman tərəfindən 6-cı siniflərdə 14 nəfər uşağın iştirakı ilə dəyirmi masa keçirildi. Xalça-dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü olduğunu, həmçinin xalçanın müasir dövrümüzdə incəsənət nümunəsi kimi tanınır. Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhur olması haqqında uşaqlara ətraflı məlumat verilib. Şagirdlər xalçaya aid rəsm sərgisi və təqdimatlar hazırlayıblar.

Ətraflı

"Azərbaycan dili-milli varlığımızdır”23.11.2021-ci il tarixində “Azərbaycan dili-milli varlığımızdır” başlığı altında 5-ci və 6-cı siniflərdən olan 12 nəfər şagirdin iştirakı ilə dəyirmi masa keçirilmişdir.

Ətraflı

Yol hərəkəti qaydalarıBu gün 24.11.2021-ci il tarxində 1-ci və 2-ci komplekt sinifdə Qaragözova Dilqəndin təqdimatında 9 nəfər şagirdin iştirakı ilə “Yol hərəkəti qaydaları” mövzusunda açıq dərs keçirilmişdir. Dərsdə uşaqlar işıqfor və onun rəngləri, piyada zolağı və digər yol işarələri ilə yaxından tanış olmuşdular.

Ətraflı

“Uşaq hüquqları uşaqların gözü ilə”22.11.2021-ci il tarixində məktəbimizdə Əkpərova Xuraman tərəfindən 5-ci siniflərdə 16 nəfər şagirdin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə “Uşaq hüquqları, Uşaqların gözü ilə” mövzusunda sərgi təşkil olunmuşdur. Tədbirin məqsədi orta məktəbdə təhsil alan şagirdlərin dünyada ən aktual məsələlərdən biri olan uşaq hüquqları barədə xəbərdar etmək və maarifləndirməkdir. Son günlər dünyanın bir sıra ölkələrində və həmçinin ölkəmizdə baş verən münaqişələrdə ən çox zərər görən uşaqlardır. Bu zaman baş verən hüquq pozuntularını uşaqlara çatdırmaq, onlara bu kimi hadisələri öz gözləri ilə şahid etmək əsas prinsiplərindən biridir. Hüquq pozuntuları ilə rastlaşan zaman nə edəcəkləri, hüquqlarını bilməklə yanaşı vəzifələrini də düzgün və vaxtında yerinə yetirməli olduqları aşılandı.

Ətraflı

Valideynlər uşağı sağlam böyütməli19.11.2021-ci il tarixində 122 № li nömrəli ümumi orta məktəbin psixoloqu Rzayeva Xəyalə 12 nəfər valideynin iştirakı ilə iclası keçirtdi. İclasda valideynlərə uşağı sağlam böyütmək haqqında ətraflı məlumat verildi. İclasda 2020/2021-ci il yanvar, may ayları ərzində Bakı şəhərinin rayon prakrorluqlarında 14 yaşadək uşaqların ölümü ilə nəticələnən 21 bədbəxt hadisə qeydə alınmışdır. Bu hadisələrin baş vermə səbəbi valideyn etinasızlığı və diqqətsizliyi olmuşdur. Bu iclası keçirtməkdə əsas məqsəd valideynlərin yeniyetmələrlə düzgün davranması yollarını aşılamaqdır. Gəlin övladlarımızı qoruyaq. Onların həyəcanını hiss edək, maraq və hisslərini bölüşək və düşdüyü vəziyyətin çətinliyindən asılı olaraq düzgün istiqamət göstərək. Şəraitdən asılı olaraq uşağın da fikri dinlənməlidir. Uşaqlara qərar qəbul etmək hüququ verin. Uşaq fikri dinlənildiyi qərarlara daha həvəslə və tez tabe olur. Uşaq onu da bilməlidir ki, bəzi qərarlar məhz valideyn tərəfindən verilir. Hər bir yaşda olan uşağın tərifə, sevgiyə, qayğıya və valideyn ilə dost münasibətə ehtiyacı vardır. O, məhz sizdən “Səninlə fəxr edirəm” kəlməsini eşitmək istəyir.

Ətraflı

Qələbə ovqatlı intellektual yarışma02.11.2021 - ci il tarixində Zəfər Gününə həsr olunmuş “Qələbə ovqatlı Azərbaycan!” intellektual yarışması keçirilmişdir. Yarışmanı məktəbin psixoloqu Xəyalə Əliyeva təşkil etmişdir. Münsiflər heyəti qismində məktəbin direktoru Sevinc Əliyeva, tarix müəllimi Alı Eyvazov, UBTR Nigar Əliyeva və ibtidai sinif müəllimi Ülkər Əliyeva iştirak edirdi. Yuxarı siniflərin iştirakı ilə keçirilən yarışmada şagirdlər 7 nəfərdən ibarət 2 qrupa ayrılmışdırlar. Bu oyunda VI, VII, VIII siniflər komanda halında iştirak etdi. Bu oyunu təşkil edən sualların əsas məzmunu Vətən müharibəsinə həsr olunub. Oyunu keçirtməkdə əsas məqsəd uşaqlarda vətənpərvərlik hisslərini aşılamaq, Vətən müharibəsi ilə bağlı zəngin məlumat vermək, şəhidlərimizi tanıtmaqdır. Bu məqsədlə oyun intellektual suallardan tərtib olunub. Tədbirin daha maraqlı keçməsi, Vətənə sevgi hissini bir daha aşılamaq üçün ssenariyə şeirlər, mahnılar salınıb. Tədbirdən sonra Zirə qəsəbəsi şəhidlərinin məzarına ziyarət təşkil olunmuşdur.Sonda qalib komanda sertifikatlarla mükafatlandırılmışdır.

Ətraflı

Aşıq Ələsgərə həsr olunmuş şeir müsabiqəsi29.10.2021-ci il tarixdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Müsabiqənin məktəb mərhələsi 08 oktyabr - 01 noyabr 2021-ci il tarixi aralığında keçrilir. Yalnız 7-ci və 8-ci siniflərin iştirak etdiyi müsabiqə 3 nəfər müəllimin iştirakı ilə baş tutdu. Müsabiqədə şagirdlər Aşıq Ələsgərin məşhur və şeir və qoşmalarından hazırladıqları parçaları tədqim etdilər. Sonda nəticə olaraq 3 nəfər şagird qalib seçilərək şeirləri şəhər turuna göndərildi. Növbəti şəhər mərhələsi 02 noyabr – 25 noyabr 2021-ci il tarixində keçriləcək. Hər birinə uğurlar diləyirik.

Ətraflı

Aşıq Ələsgərə həsr olunmuş tədbir‌Məktəbimizdə 27.10.2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir 20 nəfər şəxsin iştirakı ilə keçirildi. Tədbir Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Tağıyeva tərəfindən yuxarı sinif şagirdləri ilə təşkil olunmuşdur. Açılış Ustad Ələsgərin məşhur qoşmalarının səslənməsi ilə başlandı. Dədə Ələsgərin keçdiyi həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verildi. Aşıq Ələsgərin Azərbaycan aşıq şeirinin ən qüdrətli nümayəndələrindən biri olduğu vurğulandı. Müxtəlif slaydlar göstərildi. Aşığın yaratdığı şeir və qoşmalar şagirdlərin təqdimatında səsləndi.

Ətraflı

"Aşıq Ələsgər irsinin təbliği və şeirlərinin müzakirəsi" istiqamətində diskussiya22.10.2021-ci il tarixdə 122 nömrəli ümumi orta məktəbdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş "Aşıq Ələsgər irsinin təbliği və şeirlərinin müzakirəsi" istiqamətində diskussiya keçirildi. Diskussiya məktəb kitabxanaçısı Təranə Əliyeva tərəfindən karantin qaydalarına əməl edilərək V, Vl, Vll sinif şagirdlərinin iştirakı ilyubileyinəə aparıldı. Aşıq Ələsgərin dillər əzbəri şeirləri, qoşmaları, gəraylıları şagirdlər tərəfindən səsləndirildi. Aşıq Ələsgərin çox böyük sənətkar olduğunu hələ öz dövrünün ziyalıları, ustad aşıqları dönə-dönə etiraf etmişlər. Beləliklə aşıq yaradıcılığında uşaqların gözü ilə xoş təəssüratlar yaradaraq yaddaşlarda qaldı.

Ətraflı

Zəngilanın azad olunması20.10.2021-ci il tarixində Zəngilan rayonunun azad olunması ilə əlaqədar məktəbimizdə Azərbaycan dili və Ədəbiyyat müəllimi Tağıyeva Günel tərəfindən 6-cı siniflərdə açıq dərs keçirildi. Dərsdə Günel müəllim şagirdlərə rayonun yerləşdiyi coğrafiyası, təbiəti və tarixi haqqında məlumat verdi.

Ətraflı

Müstəqilliyimizin bərpası günü18.10.2021-ci il tarixində məktəbimizdə Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 il ötməsi ilə əlaqədar olaraq tədbir təşkil olunmuşdu. Tədbiri Coğrafiya müəllimi  Fatma Əsgərova açıq elan edərək, müstəqilliyimizin bərpası tarixi haqqında ətraflı məlumat verdi. Ardınca 8-ci siniflərin hazırladıqları videoçarx təqdim olundu.  Sonda isə ibtidai və yuxarı siniflərin müstəqilliklə bağlı hazırladıqları əl işlərindən sərgi nümayiş olundu. 

Ətraflı

İntellekt divar qəzetiDivar qəzetimizin ilk nömrəsi 27 sentyabr "Anım Günü"nə həsr olunmuşdur. Qəzetimiz məktəbimizin 3-cü və 4-cü sinif şagirdləri tərəfindən hazırlanmışdır.

Ətraflı

Anım Günü27 sentyabr tarixində məktəbimizdə “Anım Günü” ilə bağlı tədbir keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbirdə məktəbin direktor əvəzi Sevinc Əliyeva çıxış edərək 27 sentyabr “Anım Günü” ilə bağlı ətraflı məlumat verdi. Tədbir iştirakçılarına videoçarxlar nümayiş olundu. İbtidai sinif şagirdləri hazırladıqları şeir parçalarını təqdim etdilər. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin gün ilk dərslər də “Anım Günü”nə həsr olundu. Şagirdlər divar qəzetləri hazırlamış, “Hərə bir qəhrəman oldu” mövzusunda inşalar yazmışdılar. Həmçinin şəhidlərin adına məktəb ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların xatirəsini daim əziz tutmağa çalışacağıq.

Ətraflı

Yeni dərs ili22.09.2021-ci il tarixdə məktəbimizdə ibtidai siniflərin ilk dərs gününə start verildi. Yeni dərs ili “Zəfər ili” şüarı altında və Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Məktəbin direktor əvəzi Əliyeva Sevinc öz çıxışında uşaqlara yeni dərs ilində uğurlar və müvəffəqiyyətlər arzuladı. Tədbirdə yalnız 1-ci siniflərin valideynlərinin karantin qaydalarına riayət olunaraq iştirakına icazə verildi. Tədbir karantin qaydaları və sosial məsafə gözlənilərək keçirildi. Siniflərdə ilk dərs “Qarabağ Azərbaycandır” mözsuna dair uşaqların həvəslə danışdıqları şeirlər ilə başlandı.

Ətraflı

Lütfi Zadənin 100 illiyiGörkəmli alim Lütfi Zadənin 100 illiyinə dair məktəbimizin tədbirlər planına uyğun olaraq riyaziyyat müəllimi Qasımova Aynurə tərəfindən 7-ci sinifdə açıq dərs keçirmişdir. Açıq dərsdə Lütfi Zadənin həyat və yaradıcılığı haqqında təqdimatlar hazırlanmışdı. Lütfi Zadənin məntiq sahəsində elmə gətirdiyi yeniliklər və ona dünya şöhrəti qazandıran qeyri-səlis məntiq haqqında müzakirələr aparılmışdır. Həmçinin məktəbdə Lütfi Zadənin 100 illiyinə həsr olunmuş sərgi də təşkil olunmuşdur.  Bundan başqa ibtidai siniflər Lütfi Zadənin fəxri xiyabandakı qəbrini ziyarət etmişdilər və ibtidai sinif müəllimləri Qaragözova Dilqənd və Abbasova Gülnarə uşaqlara onun həyat və fəaliyyəti haqqında məlumat vermişdilər. 

Ətraflı

Nizami Gəncəviyə həsr olunmuş dəyirmi masa10.06.2021-ci il tarixində Nizami Gəncəviyə həsr olunmuş “Nizami ili” çərçivəsində dəyirmi masa keçirilmişdi. Müzakirələr zamanı məktəbin kitabxanaçısı Əliyeva Təranə tərəfindən Nizami Gəncəvinin ölməz beş poeması (Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun,Yeddi gözəl, İsgəndərnamə) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs salan “Xəmsə” sindən söhbət açıldı. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi, əsrlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutması qeyd olunmuşdur. VII sinif şagirdləri tərəfindən “Xəmsə”nin yadda qalan aforizmlərindən, şeirlərindən parçalar səslənmişdi və poemalarından söhbət açılmışdı.

Ətraflı

Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir08.06.2021-ci il tarixində 122 nömrəli ümumi orta məktəbin kitabxanaçısı Əliyeva Təranə və məktəbin təsviri incəsənət müəllimi Əkpərova Xuraman tərəfindən karantin qaydalarına əməl olunaraq V, VII və IX sinif şagirdlərinin iştirakı ilə Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi iris və şeirinin” adı altında tədbir təşkil olundu. Dahinin dillər əzbəri şeirləri, aforizmləri şagirdlər tərəfindən səsləndirildi, əsərləri müzakirə olundu. məktəbin  Azərbaycan dili və Ədəbiyyat müəllimi Ələkbərli Toğrul tərəfindən yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verildi. Dahi mütəfəkkirin yaradıcılığında diqqəti cəlb edən ümumbəşəri ideyalar, insani keyfiyyətlər şagirdlərin ifasında və müzakirəsində çox əhatəli izah olundu. Şagirdlər rəsm sərgisi ilə tanış oldular. Beləliklə Nizami yaradıcılığı uşaqların gözü ilə xoş təəssüratlar yaradaraq yaddaşlarda qaldı.

Ətraflı

İdman və Ədalətli OyunlarAzərbaycanda ilk dəfə 10 aprel Ədalətli İdman Günü qeyd olunub. Bu günlə əlaqədar 122 nömrəli ümumi orta məktəbin fiziki tərbiyə müəllimi Əkpərova Xuraman şagirdlərə məlumat verdi. Ədalət idman oyunlarında idmanda bərabərliyin qorunmasının vacibliyini, ədalətli qələbənin və "təmiz idman" ın əhəmiyyətini yüksək qiymətləndirilməsini söylədi. Bundan əlavə Ədalət prinsipi idmanda ən önəmli amildir. Rəqibə hörmətlə yanaşmaq və bərabər şəraitdə idman yarışları Ədalətli İdman Hərəkatının bir parçasıdır. Onu da qeyd etmək lazımdır ki, idmançılarımız qələbələrimiz ilə xalqımızı sevindirirlər. Ədalət İdman oyunları ilə bağlı rəsm sərgisi təşkil olundu. Şagirdlər həvəslə rəsm sərgisini izlədilər.

Ətraflı

Beynəlxalq ailə günü  “ Beynəlxalq ailə günü “ ilə bağlı 122 № li ümumi orta məktəbdə 16.05.2021-ci il tarixdə məktəbin V sinif şagirdləri ilə “ Sağlam həyat tərzi və zərərli vərdişlərin fəsadları “mövzusunda onlayn sinif saatı keçirilib.Bu mövzu ətrafinda şagirdlərə sinif rəhbəri tərəfindən məlumatlar verilmiş,şagirdlərlə fikir mübadiləsi aparılmışdır.Sonda mövzuya aid çəkdikləri rəsmləri nümayiş etdirdilər.      Həmin gün məktəbin VII sinif şagirdləri “ Valideyn-övlad münasibətləri “  mövzusunda onlayn tədbir keçirdilər.Sinif rəhbəri əvvəlcə valideyn-övlad münasibətlərinin uşağın mənəvi və fizioloji inkişafında necə önəmli olmağından danışdı.Şagirdlərin də bu mövzu ilə bağlı maraqlı çıxışları oldu.Bəzi şagirdlər öz fikirlərini çəkdikləri rəsmlərlə bildirdilər.Sonda şagirdlərə mövzu ilə bağlı maraqlı videoçarx nümayiş olundu.      I və II siniflərdə də “ Sağlam həyat tərzi və ziyanlı vərdişlər “ mövzusunda onlayn tədbir keçirildi.Şagirdlərə  vieoçarx və təqdimatlar nümayiş olundu.Onlara sinif rəhbəri tərəfindən ətraflı məlumat verildi.

Ətraflı
HAQQIMIZDA

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2006-ildə H...

BİZİM FƏXRLƏRİMİZ

Cavid Abbasov Cabir

HAQQIMIZDA

Bakı şəhəri Xəzər rayonu Zirə qəsəbəsi Qışlaq sahəsində yerləşən 122 nömrəli ümumi orta məktəb 1936-cı ildən fəaliyyət göstərir. 2006-ildə H...

BİZİM FƏXRLƏRİMİZ

Cavid Abbasov Cabir

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi