Valideynlər uşağı sağlam böyütməli

19.11.2021-ci il tarixində 122 № li nömrəli ümumi orta məktəbin psixoloqu Rzayeva Xəyalə 12 nəfər valideynin iştirakı ilə iclası keçirtdi. İclasda valideynlərə uşağı sağlam böyütmək haqqında ətraflı məlumat verildi. İclasda 2020/2021-ci il yanvar, may ayları ərzində Bakı şəhərinin rayon prakrorluqlarında 14 yaşadək uşaqların ölümü ilə nəticələnən 21 bədbəxt hadisə qeydə alınmışdır. Bu hadisələrin baş vermə səbəbi valideyn etinasızlığı və diqqətsizliyi olmuşdur. Bu iclası keçirtməkdə əsas məqsəd valideynlərin yeniyetmələrlə düzgün davranması yollarını aşılamaqdır. Gəlin övladlarımızı qoruyaq. Onların həyəcanını hiss edək, maraq və hisslərini bölüşək və düşdüyü vəziyyətin çətinliyindən asılı olaraq düzgün istiqamət göstərək. Şəraitdən asılı olaraq uşağın da fikri dinlənməlidir. Uşaqlara qərar qəbul etmək hüququ verin. Uşaq fikri dinlənildiyi qərarlara daha həvəslə və tez tabe olur. Uşaq onu da bilməlidir ki, bəzi qərarlar məhz valideyn tərəfindən verilir. Hər bir yaşda olan uşağın tərifə, sevgiyə, qayğıya və valideyn ilə dost münasibətə ehtiyacı vardır. O, məhz sizdən “Səninlə fəxr edirəm” kəlməsini eşitmək istəyir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi