“Uşaq hüquqları uşaqların gözü ilə”

22.11.2021-ci il tarixində məktəbimizdə Əkpərova Xuraman tərəfindən 5-ci siniflərdə 16 nəfər şagirdin iştirakı ilə dəyirmi masa təşkil olunmuşdur. Tədbirdə “Uşaq hüquqları, Uşaqların gözü ilə” mövzusunda sərgi təşkil olunmuşdur. Tədbirin məqsədi orta məktəbdə təhsil alan şagirdlərin dünyada ən aktual məsələlərdən biri olan uşaq hüquqları barədə xəbərdar etmək və maarifləndirməkdir. Son günlər dünyanın bir sıra ölkələrində və həmçinin ölkəmizdə baş verən münaqişələrdə ən çox zərər görən uşaqlardır. Bu zaman baş verən hüquq pozuntularını uşaqlara çatdırmaq, onlara bu kimi hadisələri öz gözləri ilə şahid etmək əsas prinsiplərindən biridir. Hüquq pozuntuları ilə rastlaşan zaman nə edəcəkləri, hüquqlarını bilməklə yanaşı vəzifələrini də düzgün və vaxtında yerinə yetirməli olduqları aşılandı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi