Xalçaçılıq sənəti

25.11.2021-ci il tarixdə 122 nömrəli ümumi orta məktəbdə “Xalçaçılıq sənətinin uşaqlara öyrədilməsi” mövzusunda məktəbin texnologiya və təsviri incəsənət müəllimi Əkpərova Xuraman tərəfindən 6-cı siniflərdə 14 nəfər uşağın iştirakı ilə dəyirmi masa keçirildi. Xalça-dekorasiya və ya istilik yaratmaq məqsədilə divardan asmaq və ya döşəməyə sərmək üçün müxtəlif yun və ya ipək saplardan toxunmuş naxışlı qalın parça növü olduğunu, həmçinin xalçanın müasir dövrümüzdə incəsənət nümunəsi kimi tanınır. Azərbaycanda xalçaçılığın çox qədim tarixi var. Müxtəlif naxış elementləri və təsvirlərlə zəngin Azərbaycan xalçaları təkcə görünüşü, keyfiyyəti, gözəlliyinə görə yox, həm də orijinallığı, fəlsəfiliyinə görə dünyada məşhur olması haqqında uşaqlara ətraflı məlumat verilib. Şagirdlər xalçaya aid rəsm sərgisi və təqdimatlar hazırlayıblar.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi