Qələbə ovqatlı intellektual yarışma

02.11.2021 - ci il tarixində Zəfər Gününə həsr olunmuş “Qələbə ovqatlı Azərbaycan!” intellektual yarışması keçirilmişdir. Yarışmanı məktəbin psixoloqu Xəyalə Əliyeva təşkil etmişdir. Münsiflər heyəti qismində məktəbin direktoru Sevinc Əliyeva, tarix müəllimi Alı Eyvazov, UBTR Nigar Əliyeva və ibtidai sinif müəllimi Ülkər Əliyeva iştirak edirdi. Yuxarı siniflərin iştirakı ilə keçirilən yarışmada şagirdlər 7 nəfərdən ibarət 2 qrupa ayrılmışdırlar. Bu oyunda VI, VII, VIII siniflər komanda halında iştirak etdi. Bu oyunu təşkil edən sualların əsas məzmunu Vətən müharibəsinə həsr olunub. Oyunu keçirtməkdə əsas məqsəd uşaqlarda vətənpərvərlik hisslərini aşılamaq, Vətən müharibəsi ilə bağlı zəngin məlumat vermək, şəhidlərimizi tanıtmaqdır. Bu məqsədlə oyun intellektual suallardan tərtib olunub. Tədbirin daha maraqlı keçməsi, Vətənə sevgi hissini bir daha aşılamaq üçün ssenariyə şeirlər, mahnılar salınıb. Tədbirdən sonra Zirə qəsəbəsi şəhidlərinin məzarına ziyarət təşkil olunmuşdur.Sonda qalib komanda sertifikatlarla mükafatlandırılmışdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi