Aşıq Ələsgərə həsr olunmuş şeir müsabiqəsi

29.10.2021-ci il tarixdə Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş “Aşıq Ələsgər və Azərbaycan folkloru” mövzusunda yaradıcılıq müsabiqəsinin məktəb mərhələsi keçirilmişdir. Müsabiqənin məktəb mərhələsi 08 oktyabr - 01 noyabr 2021-ci il tarixi aralığında keçrilir. Yalnız 7-ci və 8-ci siniflərin iştirak etdiyi müsabiqə 3 nəfər müəllimin iştirakı ilə baş tutdu. Müsabiqədə şagirdlər Aşıq Ələsgərin məşhur və şeir və qoşmalarından hazırladıqları parçaları tədqim etdilər. Sonda nəticə olaraq 3 nəfər şagird qalib seçilərək şeirləri şəhər turuna göndərildi. Növbəti şəhər mərhələsi 02 noyabr – 25 noyabr 2021-ci il tarixində keçriləcək. Hər birinə uğurlar diləyirik.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi