Aşıq Ələsgərə həsr olunmuş tədbir

‌Məktəbimizdə 27.10.2021-ci il tarixində Aşıq Ələsgərin 200 illik yubileyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbir 20 nəfər şəxsin iştirakı ilə keçirildi. Tədbir Azərbaycan dili və Ədəbiyyat müəllimi Günel Tağıyeva tərəfindən yuxarı sinif şagirdləri ilə təşkil olunmuşdur. Açılış Ustad Ələsgərin məşhur qoşmalarının səslənməsi ilə başlandı. Dədə Ələsgərin keçdiyi həyat və yaradıcılığı barədə tədbir iştirakçılarına məlumat verildi. Aşıq Ələsgərin Azərbaycan aşıq şeirinin ən qüdrətli nümayəndələrindən biri olduğu vurğulandı. Müxtəlif slaydlar göstərildi. Aşığın yaratdığı şeir və qoşmalar şagirdlərin təqdimatında səsləndi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi