Anım Günü

27 sentyabr tarixində məktəbimizdə “Anım Günü” ilə bağlı tədbir keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başlandı. Tədbirdə məktəbin direktor əvəzi Sevinc Əliyeva çıxış edərək 27 sentyabr “Anım Günü” ilə bağlı ətraflı məlumat verdi. Tədbir iştirakçılarına videoçarxlar nümayiş olundu. İbtidai sinif şagirdləri hazırladıqları şeir parçalarını təqdim etdilər. Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Həmin gün ilk dərslər də “Anım Günü”nə həsr olundu. Şagirdlər divar qəzetləri hazırlamış, “Hərə bir qəhrəman oldu” mövzusunda inşalar yazmışdılar. Həmçinin şəhidlərin adına məktəb ərazisində ağacəkmə aksiyası keçirilmişdir. Vətən uğrunda canından, qanından keçmiş şəhidlərimizin ruhu qarşısında baş əyirik, onların xatirəsini daim əziz tutmağa çalışacağıq.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi