Lütfi Zadənin 100 illiyi

Görkəmli alim Lütfi Zadənin 100 illiyinə dair məktəbimizin tədbirlər planına uyğun olaraq riyaziyyat müəllimi Qasımova Aynurə tərəfindən 7-ci sinifdə açıq dərs keçirmişdir. Açıq dərsdə Lütfi Zadənin həyat və yaradıcılığı haqqında təqdimatlar hazırlanmışdı. Lütfi Zadənin məntiq sahəsində elmə gətirdiyi yeniliklər və ona dünya şöhrəti qazandıran qeyri-səlis məntiq haqqında müzakirələr aparılmışdır. Həmçinin məktəbdə Lütfi Zadənin 100 illiyinə həsr olunmuş sərgi də təşkil olunmuşdur.  Bundan başqa ibtidai siniflər Lütfi Zadənin fəxri xiyabandakı qəbrini ziyarət etmişdilər və ibtidai sinif müəllimləri Qaragözova Dilqənd və Abbasova Gülnarə uşaqlara onun həyat və fəaliyyəti haqqında məlumat vermişdilər. 
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi