Nizami Gəncəviyə həsr olunmuş dəyirmi masa

10.06.2021-ci il tarixində Nizami Gəncəviyə həsr olunmuş “Nizami ili” çərçivəsində dəyirmi masa keçirilmişdi. Müzakirələr zamanı məktəbin kitabxanaçısı Əliyeva Təranə tərəfindən Nizami Gəncəvinin ölməz beş poeması (Sirlər xəzinəsi, Xosrov və Şirin, Leyli və Məcnun,Yeddi gözəl, İsgəndərnamə) ilə dünya ədəbiyyatına tamamilə yeni bir poetik səs salan “Xəmsə” sindən söhbət açıldı. Dahi sənətkarın xalqımızın mənəviyyatının ayrılmaz hissəsinə çevrilmiş parlaq irsi, əsrlərdən bəri şərqin misilsiz mədəni sərvətlər xəzinəsində özünəməxsus layiqli yer tutması qeyd olunmuşdur. VII sinif şagirdləri tərəfindən “Xəmsə”nin yadda qalan aforizmlərindən, şeirlərindən parçalar səslənmişdi və poemalarından söhbət açılmışdı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi