Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş tədbir

08.06.2021-ci il tarixində 122 nömrəli ümumi orta məktəbin kitabxanaçısı Əliyeva Təranə və məktəbin təsviri incəsənət müəllimi Əkpərova Xuraman tərəfindən karantin qaydalarına əməl olunaraq V, VII və IX sinif şagirdlərinin iştirakı ilə Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunmuş “Nizami Gəncəvi iris və şeirinin” adı altında tədbir təşkil olundu. Dahinin dillər əzbəri şeirləri, aforizmləri şagirdlər tərəfindən səsləndirildi, əsərləri müzakirə olundu. məktəbin  Azərbaycan dili və Ədəbiyyat müəllimi Ələkbərli Toğrul tərəfindən yazıçının həyatı və yaradıcılığı haqqında məlumat verildi. Dahi mütəfəkkirin yaradıcılığında diqqəti cəlb edən ümumbəşəri ideyalar, insani keyfiyyətlər şagirdlərin ifasında və müzakirəsində çox əhatəli izah olundu. Şagirdlər rəsm sərgisi ilə tanış oldular. Beləliklə Nizami yaradıcılığı uşaqların gözü ilə xoş təəssüratlar yaradaraq yaddaşlarda qaldı.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi