İdman və Ədalətli Oyunlar

Azərbaycanda ilk dəfə 10 aprel Ədalətli İdman Günü qeyd olunub. Bu günlə əlaqədar 122 nömrəli ümumi orta məktəbin fiziki tərbiyə müəllimi Əkpərova Xuraman şagirdlərə məlumat verdi. Ədalət idman oyunlarında idmanda bərabərliyin qorunmasının vacibliyini, ədalətli qələbənin və "təmiz idman" ın əhəmiyyətini yüksək qiymətləndirilməsini söylədi. Bundan əlavə Ədalət prinsipi idmanda ən önəmli amildir. Rəqibə hörmətlə yanaşmaq və bərabər şəraitdə idman yarışları Ədalətli İdman Hərəkatının bir parçasıdır. Onu da qeyd etmək lazımdır ki, idmançılarımız qələbələrimiz ilə xalqımızı sevindirirlər. Ədalət İdman oyunları ilə bağlı rəsm sərgisi təşkil olundu. Şagirdlər həvəslə rəsm sərgisini izlədilər.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi