Beynəlxalq ailə günü

  “ Beynəlxalq ailə günü “ ilə bağlı 122 № li ümumi orta məktəbdə 16.05.2021-ci il tarixdə məktəbin V sinif şagirdləri ilə “ Sağlam həyat tərzi və zərərli vərdişlərin fəsadları “mövzusunda onlayn sinif saatı keçirilib.Bu mövzu ətrafinda şagirdlərə sinif rəhbəri tərəfindən məlumatlar verilmiş,şagirdlərlə fikir mübadiləsi aparılmışdır.Sonda mövzuya aid çəkdikləri rəsmləri nümayiş etdirdilər.      Həmin gün məktəbin VII sinif şagirdləri “ Valideyn-övlad münasibətləri “  mövzusunda onlayn tədbir keçirdilər.Sinif rəhbəri əvvəlcə valideyn-övlad münasibətlərinin uşağın mənəvi və fizioloji inkişafında necə önəmli olmağından danışdı.Şagirdlərin də bu mövzu ilə bağlı maraqlı çıxışları oldu.Bəzi şagirdlər öz fikirlərini çəkdikləri rəsmlərlə bildirdilər.Sonda şagirdlərə mövzu ilə bağlı maraqlı videoçarx nümayiş olundu.      I və II siniflərdə də “ Sağlam həyat tərzi və ziyanlı vərdişlər “ mövzusunda onlayn tədbir keçirildi.Şagirdlərə  vieoçarx və təqdimatlar nümayiş olundu.Onlara sinif rəhbəri tərəfindən ətraflı məlumat verildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi