"Kiçik akademiyanın" tədbirlər planına əsasən "STEAM həyatımıza daxil olduqdan sonra" adlı seminar keçirildi

"Kiçik akademiyanın" tədbirlər planına əsasən məktəbin Rəqəmsal bacarıqlar və STEAM müəllimi Abbasova Xəyalənin STEAM layihəsi üzrə "STEAM həyatımıza daxil olduqdan sonra" adlı seminarı keçirildi. Seminarda direktor Zaur Yusifov, Təlim-tərbiyə işləri üzrə direktor müavinləri Həməşəxanım Bayramova, Bahar Ələkbərova , Ceyhun Əsgərov və İnformatika üzrə metodbirləşmə sədri Vəsilə Zəbiyeva iştirak etdilər. İlk öncə şagirdlər "STEAM" layihəsi haqqında ətraflı  məlumat verdilər və  "STEAM" dərslərində işlədikləri layihələrin müəyyən qismini təqdim etdilər. Dedektiv layihəsini direktor və müavinlərlə birlikdə icra edərək onların barmaq izlərini götürdülər və bu barmaq izlərindən istifadə edərək cinayətkarın necə tapıldığı haqqında məlumat verdilər.Sonra isə "Elektrik mühəndislik dəstlərindən"  istifadə edərək radio quraşdırdılar. Digər layihələr ardıcıl təqdim edildi.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi